Belarusda etirazları işıqlandıran xəbər portalı media statusundan məhrum edildi


Belarusun müxalif tut.by xəbər portal media statusundan məhrum edilib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Belarus məhkməsi qərar verir. Media orqanın şikayəti isə təmin edilməyib.
Eyni zamanda Belarus hökuməti həmin media orqanında çalışan jurnalistin rəsmi məlumat üçün dövlət qurumlarına müraciət etmək və kütləvi tədbirləri işıqlandıra bilmək hüquqlarını da əlindən alıb.
Məhkəmənin qərarı bu gündən etibarən qüvvəyə minir.
Qeyd edək ki, Belarusda keçirilən sonuncu prezident seçkilərindən sonra ölkədə hökumət əleyhinə etiraz aksiyası başlamışdı. Həmin etirazlar zamanı tut.by xəbər portalı ölkədə baş verən etirazları işıqlandıran əsas media orqanlarından biri idi.

DİGƏR XƏBƏRLƏR

Top