TƏBİB hamilə qadınlara peyvənd vurulması ilə bağlı məsələyə aydınlıq gətirib


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva hamilə olan qadınlara peyvəndin vurulmasının tövsiyə edilmədiyini deyib:
"Bunu ziyan olduğu üçün deyil, bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə tövsiyə etmirik. Ona görə də hamilə xanımlar vaksinasiya olmamalıdırlar".

DİGƏR XƏBƏRLƏR

Top