Konqres prezidentinin noutbukunu Rusiyaya satmağa çalışan şəxs saxlanıldı


ABŞ-da Kapitolidəki iğtişaşlar zamanı Konqres sədri sədri Nensi Pelosinin noutbukunu oğurlayıb Rusiyaya satmağa çalışan şəxs saxlanılıb. 
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb. 
Bildirilib ki, videomüşahidələr zamanı bir qadının Pelosinin kabinetindən kompüter və hard disk götürdüyü müəyyən edilib. Həmin qadının oğurladığı noutbuku Rusiya Xarici Kəşfiyyat Xidmətinə satacağı iddia edilib.
Qeyd edək ki, ABŞ-da Donald Tramp tərəfdarları seçki nəticələrinin ləğvi tələbi ilə Konqres binasına hücum etmişdilər. Hadisə nəticəsindəı 5 nəfər dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

Top