Meksikada yeni ildə benzinin bahalaşmasından sonra ölkədə başlayan etiraz və talan hadisələrində ölənlərin sayı 5-ə çatıb. Hökumət rəsmiləri keçən həftədən 31 şatıtın 22-də davam edən etirazlarda 400-dən çox yanacaq stansiyasınnı və supermarketin yağmalandığını bildirib. Bu hadisələrə görə 700-dən çox adam saxlanılıb. Yanvarın 1-dən Meksikada benzin 20 faiz bahalaşıb. Meksika prezidenti Enrique Pena Nieto deyib ki, benzinin bahalaşması bütün düyndakı bahalaşmayla bağlıdır. Prezident deyib ki, 20 faizlik bahalanma ağır olsa da vacib idi.Virtualaz.org