Vaksin vurduran şəxs koronavirusa yoluxa bilərmi? - TƏBİB-dən CAVAB


Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.
Vaksin vurduran şəxsdə ən azı bir ay sonra qoruyucu anti-cism yarana bilər.
Bu müddət ərzində insanların koronavirusa yoluxma riski varmı?
Bu sualı cavablandıran TƏBİB-in Yoluxucu Xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib ki, vaksin vurulduqdan sonra mütləq qoruyuculuğun yaranıb-yaranmadığı bilinməlidir:
"Təbii ki, bu müddət ərzində biz hər zaman özümüzü qorumalıyıq. Çünki vaksin vurulduqdan sonra hətta bir ay belə keçsə, vaksinin effektivliyi 100 faiz deyildir.
Bilirik ki, vaksinin faza-3 çalışmalarından sonra gəlinən qənaət 90 faizin üzərindədir və insanlarda qoruyuculuq yaranır. Hətta vaksin vurulsa belə, yenidən qoruyucu anti-tellərin yaranıb-yaranaması müəyyən olunmalıdır. Bunun üçün testlər verilməlidir.
İlk peyvənd vurulduqdan bir ay sonra bu vaksinə qarşı qoruyuculuğun yaranmasını bilmək üçün test verib daha da əmin olmaq lazımdır". //baku.ws

DİGƏR XƏBƏRLƏR

Top