Azərbaycanlı dünya və olimpiya çempionu dopinqə görə cəzalandı


Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinir.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, belə bir ittihamı Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) irəli sürüb. 28 yaşlı idmançı araşdırma müddətində yarışlardan kənarlaşdırılıb.
Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top