Notariat hərəkətlərinin aparılmasına görə iki halda dövlət rüsumu ödənilməyəcək


Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu ödənilməyəcək iki yeni hal müəyyənləşdirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə dövlət rüsumu ödənilməyəcək. Eyni zamanda, digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə də dövlət rüsumu ödənilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top