Ermənistanın ixtisasca hüquqşünas olan yeni Səhiyyə naziri kimdir? – Maraqlı DOSYE


Bu gün istefa verən Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın yerinə yeni Səhiyyə naziri təyin olunub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyanın təqdimatından sonra president Armen Sarkisyan sərəncam imzalayıb. Sərəncama əsasən Anahit Avanesyan Ermənistanın yeni Səhiyyə naziri olub.
Bildirilir ki, Ermənistanın yeni təyin olunan Səhiyyə naziri ixtisasca hüquqşünasdır. Daha əvvəl Səhiyyə nazirinin müavini olub. Mülki hüquq üzrə mütəxəssis olan Anahit Avanesyan keçmiş səhiyyə naziri Arsen Torosyanın yaxın dostu Stepan Avanesyanın həyat yoldaşıdır.
Yeni Səhiyyə nazirinin həyat yoldaşı  Stepan Avanesyan dərman biznesilə məşğul olur. Səhiyyə nazirinin  ərinə məxsus olan “Armit Aptek” son illərdə 44 dövlət qurumu ilə təxminən 606,7 milyon dramlıq (1,2 milyon dollar) 240 müqavilə imzalayıb. Müqavilələrin təqribən 43% -i (262 milyon dram) Səhiyyə Nazirliyi ilə imzalanıb, növbəti ən böyük alıcı Müdafiə Nazirliyidir - 15% (təqribən 88 milyon dram), daha sonra YSMU Fondu - təxminən 10% (57 milyon dram).
 

DİGƏR XƏBƏRLƏR

Top