Suriya hökuməti Hələb şəhərinin bərpası planını qəbul edib

Suriya Nazirlər Kabineti İŞİD silahlılarından azad olunmuş Hələb şəhərinin mərhələli bərpası planını qəbul edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, plan kommunal xidmətlərin və sənaye müəssisələrinin fəaliyyətinin bərpası, təhlükəsizliyin möhkəmləndirilməsi, təhsil və səhiyyə müəssisələrinin işinin normal vəziyyətə qaytarılmasını nəzərdə tutur. Planın reallaşdırılmasına nəzarət etmək üçün İşçi Qrupu yaradılıb. Qeyd edək ki, Hələb şəhəri dekabrın 22-də terrorçulardan tamamilə təmizlənib.APA

DİGƏR XƏBƏRLƏR

Top