Separatçıların başçısı Arayik Harutyunyan süni mayalanma üzrə “dövlət” proqramının yenidən işə salındığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Arayik Harutyunyan öz “facebook” səhifəsində məlumat verib. O bildirib ki, müharibədən sonrakı dövrdə üzləşdikləri çətinliklər belə bir qərar vermələri ilə nəticələnib:
“Mənim tapşırığımla, süni mayalanma üzrə proqram yenidən işə salındı və bu proqram vasitəsilə bir çox körpələr dünyaya gələcək. Müharibədən sonra çiyinlərimizə düşən yük bu cür dəyişikiklər etməyimizə səbəb oldu”.
Harutyunyan çıxışının davamında yeni erməni uşaqlara ehtiyac olduğunu bu səbəblə hər kəsi yeni qərardan istifadə etməyə çağırıb.