Son bir ildə azərbaycanlılar Londonda onlarla şirkət açıb - SİYAHI


Yola saldığımız 2020-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan vətəndaşları tərəfindən onlarla şirkət qeydiyyatdan keçirilib.
Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, Londonda yeni şirkət açanların arasında tanınmış həmyerlilərimiz də var.
Onlardan biri 1993-1999-cu illərdə Bakı şəhər Səbail rayonunun İcra başçısı olan Rüstəm Müzəffər oğlu Məmmədovdur. Rüstəm Məmmədov ötən ilin may ayında “27 Old Gloucester Street, London” ünvanında yerləşən “RM Oil Supplier Ltd” şirkətini açıb.
Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl Rüstəm Məmmədovun adı həbs olunan  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının məhkəmə prosesində çəkilib. Mətbuatda yer alan məlumatlarda qeyd olunub ki, Rüstəm Məmmədov sabiq MTN naziri Eldar Mahmudov yaxın adamlarından olub. İddia olunur ki, Rüstəm Məmmədov xarici ölkələrdə çirkli pulların yuyulması ilə məşğul olub.
Onu da bildirək ki, Rüstəm Məmmədov Londonda şirkət açan azərbaycanlılar arasında ən yaşlısıdır (63 yaş). Böyük Britaniyanın paytaxtında şirkət açan ən gənc azərbaycanlının isə 20 ayşı var. 2001-ci ildə anadan olan İlkin Məmmədov adlı Azərbaycan vətəndaşı təxminən bir ay əvvəl - 23 dekabr 2020-ci il tarixində Londondan “Nudech Ltd” şirkətini qeydiyyatdan keçirib.
Son bir ildə Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan vətəndaşları tərəfindən qeydiyyatdan keçirilən şirkətlərin bəzilərini təqdim edirik:
Şirkətin rəhbəri Doğum tarixi Şirkətin adı Qeydiyyat tarixi
Oqtay Məmmədov Oktyabr 1997 Widemill Logistics Ltd 28 Avqust 2020
İlkin Məmmədov Noyabr 2001 Nudech Ltd  23 Dekabr 2020
Samir Məmmədov İyul 1990 Heergo Ltd  12 Avqust 2020
Rüstəm Məmmədov Noyabr 1958 RM Oil Supplier Ltd  19 May 2020
Çingiz Məmmədov Mart 1982 Rifly Ltd  27 May 2020
Şirxan Məmmədov Mart 1991 Cert Trading Ltd 23 İyun 2020
Pərviz Məmmədov Avqust 1988 Ramissons Ltd  13 İyul 2020
Ruslan Əliyev İyul 1977 Best4health Ltd  18 May 2020
Dəyanət Əliyev Oktyabr 1989 Trechly Ltd  1 Sentyabr 2020
Dəyanət Əliyev Oktyabr 1989 Graggy Ltd  5 Avqust 2020
Dəyanət Əliyev Oktyabr 1989 Gladly Ltd  13 İyun 2020
Rəşid Əliyev Fevral 1977 Movy Ltd  17 Noyabr 2020
Abdul Əliyev Noyabr 1990 Pona Properties Ltd  24 Mart 2020
Firudin Mehdiyev Sentyabr 1967 ALL Trendy Ltd  11 Yanvar 2021
Ceyhun Heydərov Mart 1992 Poderasmedicine Ltd  8 Sentyabr 2020
Elmar Cəfərov Dekabr 1959 Comarket Ltd  4 May 2020
Rəşad Quliyev Avqust 1980 Caspian Logistics Services Ltd  28 May 2020
Fərid Səfərov Sentyabr 1993 And Precious Metals Limited  16 Aprel 2020
Firudin Səfərov Oktyabr 1982 Safarov's Consulting Ltd  13 Noyabr 2020
Anar Şərifli Fevral 1981 Dals Air UK Ltd  25 September 2020
Anar Zeynalov İyun 1983 Holnut Ltd  16 Oktyabr 2020
Arif Babayev İyun 1988 Ate-Infinity Ltd  28 May 2020
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top