Navalnı Moskvada hava limanda saxlanıldı


Bu gün Almaniyadan Moskvayaya təyyarə ilə qayıdan Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, Aleksey Navalnı Şeremetyevo Hava Limanında axtarışda olduğuna görə saxlanılıb. Ötən ilin dekabr ayında Navalnı şərti azadlıq qaydalarını pozduğu üçün haqqında axtarış elan edilib.

Xatırladaq ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss edib və Omskda xəstəxanaya yerləşdirilib. Sentyabrın 7-də siyasətçi Almaniyada Berlindəki “Şarite” klinikasına köçürülüb. Burada A.Navalnının zəhərləndiyi və qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığı açıqlanıb.

DİGƏR XƏBƏRLƏR

Top