Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü


Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  
Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb.
Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top