Manukyan: "Paşinyan getsə belə, bu ordu ilə kim müharibə edər?"


"Ordunu bərpa etmək üçün ən azı 2-3 il vaxt lazımdır, bu müddətdə müharibə edən bir axmaq olmayacaq". Yeniavaz.com xəbər verir ki, bu sözləri Vətəni Qurtarmaq Hərəkatından Ermənistanın Baş nazirliyinə namizəd olan Vazgen Manukyan deyib.

“Bəzən deyirlər: Nikol getsə, başqaları gələcək və müharibə yenidən başlayacaq. Xeyr, belə bir ordu ilə kim müharibəyə başladacaq? Ordunu bərpa etmək üçün ən azı 2-3 il vaxt lazımdır, bu müddətdə müharibə edən bir axmaq olmayacaq. Hamının qorxacağı bir orduya sahib olmalıyıq, bunsuz dövlət ola bilməz” - Manukyan bildirib.

 

Onun sözlərinə görə, Ermənistan son vaxtlar Rusiya, Çin və İrana qarşı yanlış diplomatiya aparıb: “Bütün bunlar ABŞ-ı məmnun etmək üçün edildi, amma sonunda nə qazandıq? Heç bir şey, hər şeyi itirdik, başqasının oyuncağına çevrildik. İndi Türkiyə Aralıq dənizinin enerji qaynaqları ilə bağlı aqressiv bir siyasət yürüdür. Türkiyənin düşməni bizim türkləri sevmədiyimiz üçün deyil, siyasi riyaziyyat bunu tələb etdiyi üçün bizim dostumuz olmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top