Azərbaycanın Latviyadakı səfirliyində yanğın olub? - Səfirlikdən AÇIQLAMA


"Yanvarın 14-də Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil".

Bu barədə Azərtac-a Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın Riqa şəhərinin mərkəzində, Raina Bulvaris 2 ünvanında yerləşən, birinci mərtəbəsi səfirliyə məxsus olan binanın ikinci mərtəbəsindəki mənzildə baş verib.

Qeyd edilib ki, saat 17:30 radələrində başlayan yanğın lokal xarakterli olub və qısa zamanda söndürülüb. Səfirliyə heç bir zərər dəyməyib.

DİGƏR XƏBƏRLƏR

Top