İngiltərə Almaniya və Fransadan İrana çağırış: “Dərhal dayandırın”


İngiltərə Almaniya və Fransa İrana çağırış edib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, İranın son günlər uranın zənginləşdirilməsi üçün atdığı addım dünyada bir çox ölkənin narazılığına səbəb olub. Bununla bağlı İngiltərə, Almaniya və Fransanın Xarici İşlər Nazirliyi ortaq bəyanat yayıblar. Bəyanatda İran nüvə istehsalı ilə bağlı atdığı addımlardan geri çəkilməyə çağırılıb:
“Biz, Fransa, Almaniya və İngiltərə hökumətləri, İranın metal birləşməli uran istehsalına hazırlaşdığını elan etməsindən dərin narahatlıq duyuruq. İranı bu fəaliyyətləri dayandırmağa və dərhal Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində götürülmüş öhdəliklərini yerinə yetirməyə çağırırıq”.
Qeyd edək ki, İran hökuməti alim Möhsün Fəxrizadənin qətlə yetirilməsindən sonra uranın zənginləşdirilməsi istiqamətində yeni addım atacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top