Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri açıqlandı


“Koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır: “Stradegiyanın əsas hədəfi epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və  ölümlə nəticələnən halların azaldılmasıdır. Hədəfə nail olmaq üçün əhalinin sosial və tibbi cəhətdən yüksək risk qrupuna aid olan şəxslərin maxsimal dərəcədə vaksinasiya ilə əhatə olunmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top