Çinli mütəxəssislər “Pfizer”peyvəndinin istifadəsini dərhal dayandırmağa çağırdı


Çinli mütəxəssislər  23 yaşlı norveçlinin ölümündən sonra “Pfizer”in istifadəsini dayandırmağa çağırdı.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, çinli həkimlər  peyvəndin təhlükəsizliyinin qeyri-müəyyən olduğunu bildiriblər. Çinli immunoloqlar “pfizer”in tələsik hazırlandığını və infeksion xəstəliklərin qarşısının alınması üçün heç vaxt geniş miqyasda istifadə edilmədiyini və insanlarda geniş miqyaslı istifadəsi üçün təhlükəsizliyinin təsdiqlənmədiyini vurğulayıb. Mütəxəssislər bildirib ki, 
Norveçdəki ölüm hadisələri də həmin COVID-19 peyvəndinin effektivliyinin gözlənilən qədər yaxşı olmadığını sübut etdi. 
Çinli mütəxəssis “Global Times”a verdiyi açıqlamada peyvəndlərin ümumiyyətlə yaşlı insanlara, xüsusən də 80 yaşdan yuxarılara vurulmasına qarşı olduğunu bildirib:
“80 yaşdan yuxarı insanların immunitet sisteminin zəifdir və mənfi təsirə daha çox meyllidirlər. 
Çin, 18 yaşdan 59 yaşa qədər insanlar üçün peyvəndləməyə başladı, çünki vaksinlərin klinik sınaqları zamanı 60 yaş üstü və 18 yaşdan aşağı insanlarla bağlı statistikalar nisbətən az idi. Beləliklə, bu iki qrup üçün effektivliyi və yan təsirləri tam olaraq müəyyənləşdirə bilmədik”.

DİGƏR XƏBƏRLƏR

Top