Rusiya Hidrometrologiya Mərkəzinin sinoptikləri yanvarın 8-də Moskvada anomal şaxtalara görə hava təhlükəsinin “narıncı” səviyyəsini elan ediblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, “narıncı” səviyyə havanın təhlükəli olması anlamına gəlir. Təbii fəlakətin baş vermə, ziyan vurulması ehtimalı var. Sinoptiklərin proqnozuna əsasən, bu gecə Moskvada mənfi 30 dərəcəyədək şaxta gözlənilir. Moskva bölgəsi üzrə hava mənfi 35 dərəcəyədək düşəcək.