Çində ekoloji polis yaradılacaq

Çinin paytaxtı Pekin şəhərinin hakimiyyəti ekoloji polis bölmələri yaradacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Pekin merinin səlahiyyətlərini icra edən Tsay Tsi deyib. Onun sözlərinə görə, ekoloji polis ətraf mühitin aktual problemlərinin həlli ilə məşğul olacaq. T. Tsi Pekindəki güclü atmosfer tullantılarının mənbəyi sayılan yeganə kömür istilik elektrik mərkəzinin bağlanmaq ərəfəsində olduğunu da diqqətə çatdırıb: “Obyekt cari isitmə mövsümünün sonunadək ləğv ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top