Quba rayon məhkəməsinin qərarı ilə 10 yaşlı Nurayın xalası Mehribandan alınıb atasına verilməsi gündəmin əsas mövzularından biridir. Bu mövzuda ictimaiyyət nümayəndələri sosial şəbəkədə öz mövqelərini açıqlayıblar. Yeniavaz.com saytı həmin fikirlərdən bəzilərini təqdim edir.
Vüsalə Mahirqızı (jurnalist): "Qubada baş vermiş hadisənin arxa planını bilmirik. Orda hüquq kimin tərəfindədi, proseslər məişət zəminində necə inkişaf edib gəlib bu həddə çatıb, bizim bunlarla bağlı hələlik heç bir məlumatımız və qənaətimiz yoxdu. Amma bütün bunların dəyişdirməyəcəyi bircə fakt var. O uşaqla o otaqda elə davranmaq olmaz! Gözünüzü yumun. Və təsəvvür edin ki, Sizə sarılmış körpənizi, uşağınızı, nəvənizi zorla Sizdən qoparırlar və o da fəryad edir. Mümkün deyil, eləmi? Hə. Bax, bütün reaksiyalar buna uyğun olmalıdı. Çünki dünyada uşaq fəryadına haqq qazandıran, qanun, hüquq sistemi, ədalət ola bilməz! Yoxdu".
Mehriban Zeynalova (QHT sədri): "Nurayın məsələsi diqqəti vacib bir aspektə yönəltməyə əsas verdi. Məhkəmə qərarlarının icrasında qadınlarla bağlı qərarların icrası videoda göründüyü kimi, daha "prinsipal", kişilərlə bağlı qərarlar isə loyal həyata keçirilir. Kim bu məsələ ilə bağlı monitorinq aparıb? Məsələn, bildiyimiz kimi, ölkədə əsas problemlərdən biri alimentin ödənilməməsidir. Qadınlarlar illərlə icraçıların qapısında sürünür. İçraçılar isə kişiləri tapmadıqlarını qeyd edirlər. Dəfələrlə olub ki, borc və ya digər məslələrə görə isə qadınlarla bağlı olan qərarlarda xüsusi aktiv rolda olurlar. Məsələn, qadını evdən çıxarmaq və s . Bu müşahidələrdi, təşkilatımıza müraciətlərlə bağlı ilkin rəydi. Amma ümumi obyektiv mənzərə üçün ciddi araşdırmaya ehtiyac var".
Sahib Məmmədov (QHT sədri): "Ənənəvi qəyyumluq sistemi dağılıb və yeni sistem qurulmayıb. Ortada görünən qeyri-peşəkarlıq və yalançı humanizmdir".
Nazim Bəydəmirli (sabiq deputat): "Hamı bilsin ki, məhkəmələrin qərarları Azərbaycan reallığında ancaq və ancaq rüşvət və ya tapşırıq olan zaman məcburi icra olunur. Bütün qalan hallarda süründürməçiliyə məruz qalır. Əlimdə bir neçə qərar var ki, məcburi icra etdirə bilmirəm. P.S. Bu sahə ən çox korrupsiyalaşmış sahədir. Hamı da bunu bilir, mülki mübahisəsi olmuş hər bir şəxs".
Bəxtiyar Hacıyev (ictimai fəal): "O uşağın videosuna diqqətlə baxanlar görür ki, ortada uşağın ağlamasını görən xala icraçılardan uşaq üçün su istəyir, ata və icraçıların isə ağlına gəlmir bu. Xala suyu uşağa uzadır, uşaq "istəmirəm" deyən kimi, xala suyu geri çəkir, zorla ona suyu belə vermir. Halbuki, bir az israr etsə, içirə bilərdi. Ancaq "ata" və icraçılar zorla onu yerdə sürüyürlər. Ata uşağın yanında söyüş söyür, icraçılar isə "ananı həbs edək" deyə hədələyirlər. Bu məsələ ictimailəşdi, sosial şəbəkələrdə etiraz artdı, rəsmilər ictimai rəyi nəzərə alıb, müdaxilə etməyə, araşdırmağa başladılar. Ancaq əmin olun ki, hər gün məhkəmələrdə belə "qanuni", amma ədalətli olmayan nə qədər qərarlar belə qeyri-peşəkarlıqla və zorla icra edilir, neçə gənc, uşaq, qoca, yaşlının həyatı məhv edilir".
Nuridə Allahyarova (sabiq mətbuat katibi): "Nurayin səsi bütün gecə qulağımdan getməyib. Mən çoxları kimi onun atasını şərəfsiz adlandırası deyiləm. Bu kişi tipik orta statistik azərbaycanlı kişisidir. Sevir, ancaq bunu ifadə etmək üçün heç vaxt səy göstərməyib. Ömür boyu işləyib və sevginin əsas ifadəsini evə pul gətirməkdə görüb".
Qənirə Paşayeva (millət vəkili): "10 yaşlı balaca Nurayla bağlı səhər tezdən bütün aidiyyatı qurumlarla danışırq. Ombudsman Elmira xanım, Quba rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə xanım, Quba rayonundan millət vəkili Vahid müəllimlə də geniş fikir mübadiləsi apardıq bu məsələ ilə bağlı. Bu məsələ artıq ciddi nəzarət altındadır və ümid edirik ki, baş verənlərlə bağlı ciddi tədbirlər görüləcək. Və balaca Nuraya lazımi yardım göstəriləcək. Rəxşəndə xanımla müzakirə zamanı bir çox önəmli nöqtələrə toxundu məsələ ilə bağlı. Ailə məsələsi olduğu üçün açıqlamaq istəmirəm. Sadəcə, bunu demək istəyirəm - uşaqlar bizim əzizimiz, canımızın bir parçasıdır, amma əmlakımız deyil. Onunla nə zaman necə istəyirik rəftar etmək doğru deyil. Onun duyğularını nəzərə almamaq, psixoloji durumuna önəm belə verməmək böyük yanlışdır".
Aytən Səfərova (teleaparıcı): "Uşağın ana deyə çağırdığı, anadan da artıq olan xalasının əlindən vəhşicəsinə alınması, ürəyi gedən qızcığazın sanki kartof kimi sürünməsi... Bu nə mənzərədir insanlara yaşadırsınız? O hökmü verən hakimin sifətini görmək istəyərdim. Axı bu nədir belə. Allah bəlanızı versin".
Elsad Paşasoy (jurnalist): "O uşaq bu cəsarəti, bu məntiqi ilə bəlkə də Azərbaycanın ən öndə gedən, istedadlı vətəndaşı olacaqdı. Amma ömrünə elə balta çaldılar ki, bu sarsıntı ömrü boyu onu tərk etməyəcək. Ciddi travma aldı qızcığaz".
Nicat