"Türkiyə qoşunları İraqı tərk edəcək"

İraqın Baş naziri Heydər əl-Abadi mətbuata verdiyi açıqlamasında Türkiyə qoşunlarının Baaşik yaşayış məntəqəsindən çıxarılması barədə razılıq əldə edildiyini bildirib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Türkiyə Baş naziri Binali Yıldırımla görüşdə bununla bağlı tərəflər arasında ortaq məxrəcə gəlinib. Heydər əl-Abadi: "Türkiyə ilə əldə edilən razılığa əsasən Türkiyə qoşunları Baaşiki tərk edəcəklər",-deyib.

Xatırladaq ki, İraq tərəfi son bir ildə dəfələrlə Türkiyə qoşunlarının Baaşikdən çıxarılmasını tələb edirdi. Türkiyə isə Baaşikdəki qoşunların İŞİD-ə qarşı mübarizə üçün bölgəyə yeridildiyini vurğulayırdı. Mosulun şimalında yerləşən Baaşik şəhərinə Türkiyə qoşunları yerli rəhbərliyini xahişi ilə yeridilmişdi. Buradakı hərbi düşərgədə türkiyəli hərbi instruktorlar kürd dəstələrinə İŞİD-lə qarşı mübarizədə təlimlər keçirdilər.

DİGƏR XƏBƏRLƏR

Top