Türkiyə və İraq Baş nazirləri arasında qapalı görüş keçirilib

İraqın Baş naziri Heydər əl-Abadi Bağdadda səfərdə olan Türkiyəli həmkarı Binəli Yıldırımı qəbul edib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, bağlı qapılar arxasında keçirilən görüşdən mətbuata sızan məlumatlarda tərəflər arasında bölgədəki son vəziyyətin, o cümlədən Türkiyənin Naynava əyalətindəki hərbi gücləri, İŞİD-ə qarşı birgə mübarizə və digər məsələlərin müzakirə edildiyi bildirilir. Qeyd edək ki, bu, Türkiyə Baş nazirinin iki ölkə arasında münasibətlər gərginləşəndən sonra Bağdada ilk səfəridir. İki gün davam edəcək səfər zamanı Yılıdrımın İraq prezidenti Fuad Masum, parlamentin sədri Səlim əl-Caburi və İraq Kürdüstanı rəhbərliyi ilə görüşü planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top