Ən çox qızıl ehtiyatları olan ölkələr

Ümumdünya Qızıl Şurası ən çox qızıl ehtiyatları olan ölkələrin siyahısını açıqlayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2017-ci ilin yanvarın 1-nə olan vəziyyətə əsasən, dünyada ən çox qızıl ehtiyatına malik ölkə ABŞ-dır. Bu ölkənin qızıl ehtiyatları 8 min 133,5 tondur. Avropa iqtisadiyyatının mühərriki sayılan Almaniyada qızıl ehtiyatı 3 min 377,9 tona bərabərdir. Almaniya sıyahının ikincisidir. Üçüncü sırada min 842,6 tonla Çin qərarlaşıb. İtaliya 2 min 451,8 ton qızılla Avropada Almaniyadan sonra ikincidir.

Məlumat üçün qeyd edək ki, Azərbayvan Dövlət Neft Fondunun investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5 faizinə qədəri qızıla investisiya edilə bilər ki, açıqlanan son məlumatda investisiya portfelinə daxil edilən qızılın miqdarı 30 ton 175 kiloqram təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top