Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn edilib


Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Afiq Həsənov dəfn edilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlüAfiq Namiq oğlu Həsənovun nəşi Qusar rayonuna gətirilib. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid A.Həsənov ötən ilin oktyabr ayında ailəsi ilə sonuncu dəfə telefon əlaqəsi saxlayıb. O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top