
Rusiya prezidenti Vladimir Putin dünya liderlərini gözləməyə məcbur edən insan imicini qazanıb. “Yeniavaz.com”un məlumatına görə, bu barədə məşhur “The İndependent” nəşri yazır. Nəşrin qeydinə əsasən, V. Putin hətta Roma Papası ilə görüşə belə vaxtında gəlməyib. Onun iş qrafikinə ciddi riayət edə bilməmək qabiliyyətinə görə prezidentin görüşləri həmişə gecikmə ilə başlayır. V. Putinin gecikmələrə meyilli olması ilk dəfə 2003-cü ildə qəzetlərin gündəminə çevrilib. Həmin vaxt Böyük Britaniya Kraliçası II Elizabet V. Putini təqribən 25 dəqiqə gözləməli olmuşdu. “The İndependent” bunu bir neçə səbəblə izah etməyə çalışıb.
Birincisi, V. Putin həmsöhbətinə psixoloji təzyiq göstərmək istəyir.
İkincisi, beynəlxalq arenada öz əhəmiyyətini vurğulamağa çalışır.
Üçüncüsü isə sadəcə o, vacib görüşlərə çox səylə hazırlaşır.
Qeyd edək ki, Rusiya lideri ən çox Almaniya kansleri Angela Merkeli gözləməyə məcbur edib. 2014-cü ildə o, V. Putini 4 saat 15 dəqiqə gözləyib.
Tətbiqimizi yükləyə bilərsiniz