Çavuşoğlu Qarabağda atəşkəsə nəzarət etməyə davam edəcəklərini bildirib


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qarabağda davamlı sülhün təmin edilməsi üçün həqiqi fürsət yarandığını bildirib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Küresel Media” jurnalına müsahibəsi vaxtı deyib.
Nazir müsahibəsində 30 ildir həll yolunu tapmayan Qarabağ münaqişəsinə və nəhayət 44 gün davam edən müharibənin sonunda 9 Noyabrda əldə olunan sülh məsələsinə də toxunub.
Çavuşoğlu bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını qeyd edib: “Bu səbəblə Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, barış və rifah üçün regional mülkiyyəti artıracaq”.

DİGƏR XƏBƏRLƏR

Top