Ən çox bahalanan məhsulların SİYAHISI


2020-ci ildə istehlak qiymətləri 2019-cu ilə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1 artıb.
Yeniavaz.com
rəsmi məlumatlara istinadən xəbər verir ki, 2020-ci ilin dekabr ayında istehlak qiymətləri  əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 2,6 faiz artıb.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, qarabaşaq yarmasının, makaronun, spagettinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, xiyarın, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, kartofun, soğanın, sarımsağın, şəkərin, şəkər tozunun, meyvə şirəsinin, ucuzlaşma isə əsasən mal ətinin, dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, kivinin, şabalıdın, pomidorun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DİGƏR XƏBƏRLƏR

Top