Dünyada gündəm olan bu fotoya İran səfirindən maraqlı reaksiya - FOTO


İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musavi ABŞ-da Konqres binasını mühafizə edən hərbçilərin dəhlizlərdə yerdə uzanmasına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o tviter hesabında paylaşım edib. S.A.Musavi sözügedən hərbçilərin fotosunu paylaşaraq, “Dünyanın bütün yerlərinə demokratiya ixrac etməkdən yorulublar. Evinizə xoş gəlmisiniz!” sözlərini qeyd edib. 
Qeyd edək ki, 6 yanvar tarixində ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfdarlarının Kapitola hücumundan sonra Konqres binasında təhlükəsizlik tədbirləri sərtləşdirilib. Belə ki, sözügedən hərbçilərin yorğun vəziyyətdə yerdə uzanmaları dünya mətbuatında yer alıb. 
Xatırladaq ki, demokratlar vəzifəsini yanvar ayında Co Baydenə təhvil verəcək olan Trampın istefasını tələb edirlər. Bəzi respublikaçı konqresmenlər də Trampın vəzifədən azad edilməsinə səs verəcəklərini açıqlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top