Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edildi - FOTO


Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseyn Əliyevin nəşi Tovuz rayonuna aparılıb. Vida mərasimindən sonra şəhid doğulduğu Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top