Yaşadığı ünvanı tərk edən daha bir koronavirus xəstəsi saxlanılıb


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. A.Əliyev ictimai yerdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə müalicə aldığı evə qaytarılıb. Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir 

DİGƏR XƏBƏRLƏR

Top