Güclü şaxtalar Polşada 10 nəfərin ölümünə yol açıb

Avropanı cənginə alan dəhşətli soyuqlar Polşada insan ölümlərinə yol açıb. "Yeniavaz.com"un RİA Novostiyə istinadan verdiyi məlumata görə, son iki gündə güclü şaxtalar nəticəsində Polşada 10 nəfər soyuqdan donaraq dünyasını dəyişib. Bununla əlaqədar mətbuata açıqlama verən Polşa Dövlət Təhlükəsizlik Mərkəzi nümayəndəsinin sözlərinə görə, 7 nəfər ötən cümə, 3 nəfər isə isə bu gün gecə donaraq ölmüş şəkildə aşkar edilib. Qeyd edək ki, sinoptiklər bəzi yerlərdə 14 dərəcə şaxta olacağı barədə xəbərdarlıq ediblər. Öz növbəsində polis əhaliyə müraciət edərək onları evsiz-eşiksiz insanlara kömək etməyə çağırıb. Hökumət orqanları qorxurlar ki, şaxtalar nəticəsində donaraq ölənlərin sayı arta bilər.

DİGƏR XƏBƏRLƏR

Top