Ötən gün Çində koronavirusdan ölüm halı qeydə alınıb.
Yeniavaz.com “Worldometers”ə istinadən xəbər verir ki, son sutkada Çində 138 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib.
Məlumat Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, bu günə kimi Çində 87 min 844 nəfərə COVID-19 diaqnozu qoyulub. 4635 nəfər dünyasını dəyişib. 82 min 324 nəfər sağalıb.