Baydenin inauqurasiyası ərəfəsində Vaşinqtona 20 mindən çox hərbçi yeridiləcək

ABŞ Milli Qvardiyasının 20 mindən çox döyüşçüsü yeni seçilmiş prezident Co Baydenin inauqurasiyası ərəfəsində Vaşinqtonda ictimai asayişin təmin olunmasına cəlb edilə bilər.

Bu barədə şəhər polisinin rəhbəri Robert Konti keçirdiyi brifinqdə bildirib.

"Çünki bu, təhlükəsizliyin təmin olunmasını tələb edən milli məsələ olduğu üçün son rəqəmləri ABŞ-ın Məxfi Xidməti verə biləcək, ancaq Vaşinqtonun Kolumbiya Dairəsində Milli Qvardiyanın 20 mindən çox üzvünü görə bilərsiniz", - o deyib.

Robert Konti vurğulayıb ki, qarşıdakı istirahət və inauqurasiya günündə şəhərdə təhlükəsizlik məsələlərindən narahatdır. "Biz buna ciddi yanaşırıq", - o əlavə edib.

Şəhər polisinin rəhbəri belə genişmiqyaslı "kənar köməyi" misli görünməmiş adlandırıb.

ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları tərəfindən yanvarın 6-da Kapitoliyə hücuma görə Co Baydenin Vaşinqtonda yanvarın 20-ə planlaşdırılmış inauqurasiyasına gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda hazırlıq görülür.

Həmin gün Konqresdə baş verən qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub. Konqresin üzvləri bir neçə saatlıq yubanmaya baxmayaraq, seçkilərdə Baydenin qələbəsini rəsmi olaraq təsdiq ediblər.//Report

DİGƏR XƏBƏRLƏR

Top