Əməkdar artist koronavirusdan vəfat edib


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.
İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub. 
İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.
Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.
2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top