İslandiyanın Aİ-yə üzvlüyünə dair referendum keçirilə bilər

İslandiyanın Pirat partiyası ölkə altinqinə (parlament) keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə referendum keçirmək niyyətindədir. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu partiyanın üzvü Sunna Ayvarsdottir deyib. Onun sözlərinə görə, referendumda ölkənin Avropa İttifaqına (Aİ) üzv olması üzrə danışıqların bərpa edilməsi haqqında məsələsinə baxılacaq. Oktyabrın 29-da baş tutacaq parlament seçkilərində 245 min seçicinin səs vermək haqqı var. Onlar 63 deputat seçəcəklər. Bu mandatlara 12 partiyadan təqribən 1,5 min namizəd iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top