Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində 8 idman klubu bağlanılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qanun hökmündə qərarnamə ilə bağlanılan klublar Şırnak, Qaziantep, Malatya və Kocaelidədir. Həmin klublar aşağıdakılardır:
Malatya Darende İdman Klubu
Qaziantep Zirvə Üniversiteti Gənclik İdman Klubu
Qaziantep Atçılıq İdman İxtisas Klubu
Kocaeli Darıca Fatih Kolecci İdman Klubu
Kocaeli İvme İdman Klubu
Kocaeli Altın Yunus Gənclik ve İdman Klubu Dərnəyi
Şırnak Bələdiyyəsi İdman Klubu Dərnəyi
73 Cizrə İdman Klubu Dərnəyi