ABŞ ötən il 7 ölkəyə bomba atıb

ABŞ 2016-cı ildə dünyanın 7 ölkəsində 26 171 bomba atıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Amerikanın xarici siyasət və milli təhlükəsizlik üzrə eksperti Mika Zenko yazıb. ABŞ 12 192 bombanı Suriyaya, 12 095-ni İraqa, 1337-ni Əfqanıstana, 496-nı Liviyaya, 34-nü Yəmənə, 12- ni Somaliyə və üçünü Pakistana atıb. M. Zenko qeyd edib ki, bu rəqəmlər şübhəsiz az göstərilib, çünki yalnız Pakistan, Yəmən, Somali və Liviya üzrə etibarlı məlumatlar var, 1 hava zərbəsi özündə bir neçə bombanı birləşdirir. Ekspertin sözlərinə görə, ötən il ABŞ 2015-ci ilə nisbətən 3027 bomba çox atıb. Bundan başqa, Liviya siyahıda daha əvvəl olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top