Mərkəzi Bankın yeni binasının inşası 452 milyon manata başa gələcək - FOTO

 
Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisi üçün 218 milyon avro (452 milyon manat) vəsait xərclənəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti açıqlayıb.
Açıqlamada bildirilir ki, şirkət Azərbaycan Mərkəzi Bankı ilə yeni inzibati binanın tikintisi üçün 218 milyon avro dəyərində müqavilə imzalayıb.
Qeyd edək ki, Mərkəzi Bank ötən ilin fevral ayında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi (bundan sonra “Layihə” adlandırılacaq) üçün tender elanı vermişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top