İsrail BMT-nin maliyyələşdirilməsini azaldır

İsrail hakimiyyəti BMT-nin maliyyələşdirilməsini 6 milyon dollar azaldacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik missiyanın “Facebook” səhifəsində deyilir. Missiya bildirir ki, bu, BMT Təhlükəsizlik Şurasının antiməskunlaşma qətnaməsinə cavabdır: “BMT fəaliyyəti tam olaraq təhrikedici və İsrail əleyhinə təbliğata yönəlmiş təşkilatların dəstəklənməsi kimi cəfəng gerçəkliyə son qoymalıdır”. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası dekabrın sonunda İsraildən Şərqi Qüds daxil olmaqla işğal edilmiş Fələstin ərazilərində məskənlərin inşasını dayandırmağı tələb edən qətnamə qəbul etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top