Yevlaxda kişi arvadına tövlədə çapacaqla ilə xəsarət yetirib - FOTO


Yevlaxda kişi arvadına tövlədə çapacaqla ilə xəsarət yetirib.

Hadisə ilə bağlı Yeniavaz.com saytına açıqlama verən xəsarət alan gəlinin qaynanası Bənövşə Əliyeva (dayısı arvadı) bildirib ki, bu gün səhər saat 9 radələrində oğlum Mehdi ilə gəlinim Elnarənin dava-dalaş səsini eşitdim:
"Onlar mal tövləsində malları rahatlayırdılar. Amma bir xeyli səs dayandı. Aradan bir müddət keçdikdən sonra gəlin ustü-başı qanlı içəri girib yıxıldı. Bildirim ki, oğlum 20 ildir ki, evlidir. Onların hər gün dava-dalaşları olur. İki övladları var bir qızı ailəlidir, oğlu isə dünən cəbhədən geri dönüb".
Elnarə Qarayevanın anası bildirir ki, mənə xəbər verdilər ki, qızın vəziyyəti ağırdır: "Mən gələnə qədər artıq qızımı xəstəxanaya aparmışdırlar. Mən indi burada onun qanlı paltarlarını görürəm. Qızım kasıbçılıqla iki uşağına baxırdı. Yoldaşı onu dəfələrlə döyürdü. Bu dəfə isə onu qanına qəltan elədi”.
Qeyd edək ki, rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından aöır travma alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.  Qeyd edək ki,Qarayev Mehdi Atakişi oğlu tutulub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. 
Mingəçevir Mərkəzi Xəstəxanasından verilən məlumata görə kəllə-beyin zədəsi alan xəstəyə yardım göstərilib vəziyyəti kafidir.
Faktla  bağlı araşdırma başlanılıb.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top