Deputat: "Rusiya bizə müharibədə oraya qədər getməyə icazə vermişdi, əks təqdirdə Azərbaycan viran olacaqdı" – VİDEO


"Rusiya bizə müharibədə oraya qədər getməyə icazə vermişdi, yəni oraya qədər gedə bilərsən, oradan o tərəfə gedə bilməzsən, yoxsa başın ağrıyacaq".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri millət vəkili və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev yanvar ayının 9-da “Laf TV”-nin qonağı olarkən deyib. O bildirib ki, burada “başın ağrıyacaq” sözünün qarşılığı genişmiqyaslı müharibə demək idi:
"Mən sizə tam əminliklə bunu deyirəm. Bu zaman bizim Rusiyanın öhdəsindən gəlməyimiz qətiyyən mümkün olan məsələ deyildi".
Bu zaman aparıcı Ləman Ələşrəfqızı Türkiyə faktorunu və Azərbaycanın qardaş ölkə ilə olan hərbi müttəfiqliyini xatırladıb. Q. Həsənquliyevin cavabı isə belə olub: “Nüvə silahının gücünü siz, doğrudan qiymətləndirə bilmirsiniz? İndi bəziləri deyəcək ki, Rusiya qorxacaqdı nüvə silahından istifadə etməyə. Rusiya görsə idi ki, döyüş meydanında məğlub olur, o, Türkiyənin şəhərlərinə və hərbi hissələrinə kiçik başlıqlı nüvə zərbələri endirəcəkdi, nüvə zərbələrindən istifadə edəcəkdi, elə Azərbaycanın özündə də. Bu böyük müharibə demək idi və bu müharibədə Azərbaycan viran olacaqdı, böyük şəhərlər dağılacaqdı, insan itkisi çox olacaqdı”.

DİGƏR XƏBƏRLƏR

Top