ICESCO-nun Baş direktoru Qələbə münasibətilə İlham Əliyevə qılınc hədiyyə edib - YENİLƏNİB


ICESCO-nun Baş direktoru Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Yeniavaz.com xəbər verir ki, Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu, Qələbəni əks etdirir: “Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var. Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var”.
Prezident İlham Əliyev təşəkkürünü bildirib: “Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm”.

***13:03
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


DİGƏR XƏBƏRLƏR

Top