Pens Tramp üçün 25-ci maddənin istifadə olunmayacağını dedi


Mayk Pens, Trampı vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiyanın 25-ci maddəsindən istifadə edilməyəcəyini açıqlayıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Pens bununla bağlı Nümayəndələr Palatasının prezidenti Demokrat Nanci Pelosiyə bir məktub göndərib.
Pens, məktubunda 25-ci maddənin qüvvəyə minməsini ABŞ-ın mənafeyinə və konstitusiyaya zidd olduğunu ifadə edib.
Qeyd edək ki, ABŞ Konstitusiyasının 25-ci maddəsinə, ABŞ prezidenti vəzifələrini yerinə yetirə bilmədiyi təqdirdə, vitse-prezident müvəqqəti olaraq onun səlahiyyətlərini icra edir.

DİGƏR XƏBƏRLƏR

Top