Azərbaycanda müşavirə yüksək vəzifə verildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

Yeniavaz.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Elxan Mikayılov agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

O bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.

DİGƏR XƏBƏRLƏR

Top