
“Whatsapp” son yeniləmə qərarı ilə bağlı daha bir açıqlama yayıb.
Yeniavaz.com xəbər verir ki, “Twitter” vasitəsilə yayımlanan məlumatda son yeniləmənin istifadəçilərin təhlükəsizliyinə təsir etmədiyi bir daha vurğulanıb:
“Yayılan bəzi məlumatlara bir daha aydınlıq gətirmək və 100 faiz dəqiq informasiya vermək istəyirik. Şəxsi mesajlarınızı başdan-başa şifrələmə ilə qorumağa davam edirik. Gizlilik siyasətimizdə apardığımız yeniləmələr dostlarınız və ya ailənizlə olan mesajlarınızın gizliliyinə təsir etmir”.