Azərbaycanda dollara tələbat son 10 ayda ən yüksək səviyyəyə yüksəldi – RƏQƏMLƏR


Bu gün – 12 yanvar tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 142,2 milyon dollar təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, ötən ilin mart ayının 19-dan sonra Azərbaycanda gündəlik valyuta hərracında bu həcmdə valyuta satılmayıb. Ötən ilin mart ayının 19-da keçirilən hərracda 243,7 milyon dollar satılıb, mart ayının 29-da keçirilən növbəti hərracda isə 106,5 millyon dollar valyuta satılıb. 
Bu gün hərracda satılan valyuta əvvəlki – 7 yanvar 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan 71,6 milyon dollar və ya 2 dəfə çox olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar. 
Dekabr - Yanvar ayında keçirilən valyuta hərraclarında valyuta satışı aşağıdakı kimi olub:
1 dekabr – 63,8 milyon dollar
3 dekabr – 63,1 milyon dollar
8 dekabr – 66 milyon dollar
10 dekabr – 67 milyon dollar
15 dekabr – 70 milyon dollar
17 dekabr – 70,8 milyon dollar
22 dekabr – 74,3 milyon dollar
24 dekabr – 79,8 milyon dollar
29 dekabr – 83 milyon dollar
05 yanvar – 66,4 milyon dollar
07 yanvar – 70,6 milyon dollar
12 yanvar – 142,2 milyon dollar

DİGƏR XƏBƏRLƏR

Top