Xalq artisti Rafiq Hüseynovun son durumu

“Allaha şükür Rəmiş özünü normal hiss edir. Düzdür, bir az narahatlığı var. O da ki normal haldır. Rəmişin 77 yaşı var”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında “Rəmiş” təxəllüsü ilə məşhurluq qazanan, gitara ustadı, Xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Gülü xanım deyib.

O bildirib ki, sənətçinin vəziyyəti hazırda qənaətbəxşdir:

“Xəstəxanaya yerləşdirilməyib, evdədir. Çox yorulanda uzanır, amma arada hərəkət də edir. Vəziyyəti elə də ağır deyil. Yaşlı insandır, xəstələnə bilər. Bu, normaldır”.

Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda iddialar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top