Türkiyənin baş naziri İraqa gedib

Türkiyənin baş naziri Binali Yıldırım "TC ANA" adlı xüsusi təyyarə ilə İraqa gedib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirlə birlikdə müdafiə naziri Fikri İşıq, təhsil naziri İsmət Yılmaz, energetika naziri Bərat Albayraq, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük naziri Bülənt Tüfəngçi gedib. B.Yıldırım Bağdat və Ərbildə görüşlər keçirəcək. Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası Yıldırım və İraqın baş naziri Heydər Abadinin rəhbərliyində baş tutacağı gözlənilir. Bundan başqa Yıldırım İraqın prezidenti Fuad Məsum və Məclis sədri Səlim Cuburi ilə görüş planlaşdırılıb. Görüşlərin əsas mövzusu terrorla mübarizə olacaq. Türkiyə baş naziri Bağdatdan sonra Ərbildə Məsud Bərzani ilə də görüşəcək. Bu görüşdə də terrorla mübarizə və iqtisadi əməkdaşlıq haqda danışılacaq.

DİGƏR XƏBƏRLƏR

Top