Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü başa çatıb - YENİLƏNİR + VİDEO


Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, tərəflər arasındakı görüş 4 saata yaxın davam edib.
Rusiya, Azərbaycan və ​Ermənistan liderləri birgə bəyanatla çıxış edirlər.
İlham Əliyev çıxışı zamanı Qarabağla bağlı razılaşmaların səmərəli şəkildə həyata keçirildiyini deyib və qonşu ölkələrin bölgədə nəqliyyat infrastrukturunun yaradılmasında fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Ermənistanın baş naziri isə deyib ki, Qarabağdakı münaqişə hələ həll olunmayıb: "Qarabağın statusu məsələsi hələ müəyyənləşdirilməlidir, İrəvan danışıqlara hazırdır. Hərbi əsirlər məsələsini həll edə bilmədik".

 

DİGƏR XƏBƏRLƏR

Top